Ç. İyn 25th, 2025

Vəzifəli şəxs saxta arayışlar hazırlamağa görə məsuliyyətə cəlb edildi

Ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaq zamanı, Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaq istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.
28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmişdir.

Mənbə: Trend

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com