Valladolid klubunda çıxış edən Barselonanın futbolçusu koronavirusa yoluxub

Barcelona-nın yarımmüdafiəçisi, icarə əsasında Valladolid-də çıxış edən Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.
Xəbər verilir ki, koronavirus həmçinin Valladolid-in daha iki futbolçusunda aşkar edilib. Onlardan biri Oskar Planodur. Qeyd edilir ki, virusa yoluxanların üçü də karantindədir.
Barcelona Fernandesi Palmeiras-dan transfer edib, ancaq oyunçu qısa müddət sonra icarəyə verilib.
Mənbə: Goal.az