Ç. İyn 25th, 2025

Vaqif Dərgahlı: Ordumuzun raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com