Ç. Avq 13th, 2025

Vaşinqtonda 8 dəqiqə 46 saniyəlik sükut

Mediamax BBC-ə istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Demokrat Partiyasının senatorları polisin müdaxiləsi nəticəsində həyatını itirmiş George Floyd, Ahmaud Arbery və Breonna Taylor kimi qaradərili vətəndaşları 8 dəqiqə 46 saniyəlik sükutla yad etdilər. Bəziləri isə diz çökdü.

8 dəqiqə 46 saniyə George Floydun polisin dizi altında qalaraq ölməsinin müddətidir. Hal-hazırda bu müddət ABŞ-da simvol halını alıb.

Qeyd edək ki, Breonna Taylor martda xəbərdarlıq olmadan polisin başından güllə ilə, Ahmaud Arbery isə idmana gedərkən iki ağdərili tərəfindən öldürülmüşdür.

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com