Ç. İyn 25th, 2025

Vaşinqtondakı etirazlar zamanı 300-dən çox iğtişaşçı həbs edilib

Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı polis tərəfindən həbs edilib.

Bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

Həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozması və qarətləri, həmçinin iki polis əməkdaşının yaralanmasını göstərib.

Qeyd edək ki, artıq 4 gündür etiraz aksiyaları davam edir və hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com