Xəbərdarlıq – Havanın temperaturu yüksələcək

Milli Hidrometeoroloji Xidməti bildirir ki, Bakıda və Abşeron yarımadasında temperatur 40, Mərkəzi Aran rayonlarında 42 dərəcəyə qalxacaq.
İyunun 11-dən 14-ünə kimi bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, leysan və dolu olacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sel olması ehtimal olunur.
İyunun 13 və 14-ü temperaturun 40 dərəcəyə yüksəlməsi meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.
Mənbə: Qafqazinfo