Xəstəxanaya qayıdan ambulans qəzaya düşüb

Xudat şəhər xəstəxanasının Qubadan qayıdan tibbi personalı qəzaya düşüb.
Hadisə Bakı-Quba yolunda, Qubanın Atuc kəndi ərazisindən keçən hissədə baş verib.
Xudat xəstəxanasına məxsus “UAZ” markalı təcili yardım maşını yoldan çıxaraq aşıb. İlkin məlumata görə, buna səbəb onun qarşısındakı maşının ani manevr etməsi olub.
Hadisə nəticəsində sürücü də daxil olmaqla bir necə nəfər yaralanıb.
Qəzaya düşənlərin COVID-19 infeksiyası ilə mübarizədə iştirak edən heyət olduğu bildirilir.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: BakuPost