Ça. İyn 24th, 2025

Xəzər Palace’də Unudulmaz Görüş:

Xəzər Palasda baş tutan “Geridə Qalan 25 İl” adlı yubiley tədbiri sözün əsl mənasında möhtəşəm alındı və dillər əzbərinə çevrildi. 25 il əvvəl eyni sinifdə oxuyan dostlar bu dəfə ölkənin və xaricdəki müxtəlif şəhərlərin – o cümlədən Bakı və Moskvanın – müxtəlif sahələrdə uğur qazanmış nümayəndələri kimi bir araya gəldilər.

Tədbirdə bir çox nüfuzlu şəxslər iştirak edirdi. Onların arasında tanınmış həkim, ictimaiyyətin yaxından tanıdığı Azad Əkbərovun da olması tədbirə xüsusi rəng qatdı. Bir-birindən maraqlı xatirələr, emosional çıxışlar və illərin səmimi dostluq bağları tədbiri əsl duyğusal anlar məkanına çevirdi.

Şəxsi təşəbbüs və könüllü təşkilatçılıqla baş tutan bu görüş, sinif yoldaşlığının zamanla necə dəyərli və möhkəm dostluğa çevrildiyini bir daha nümayiş etdirdi. İştirakçılar üçün bu görüş sadəcə bir tədbir deyil, illərin ardından gələn dərin mənalı bir qovuşma oldu.

Böyük maraqla qarşılanan və sosial mediada geniş yayılmış bu gün, təkcə iştirak edənlər üçün deyil, izləyən hər kəs üçün də ilhamverici bir nümunəyə çevrildi.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com