Xalq artistinə yüksək vəzifə verilib

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib.
F.Hacıyeva bu barədə açıqlamasinda sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:
“Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”.
Mənbə : oxu.az