“Xanoba” gömrük postuna görə dövlət 4 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə DGK-ya ilkin olaraq 4 milyon manat ayrılıb.
Mənbə:AzTV.az