Xocavəndsiz 28 il

1991-ci il oktyabr ayının 30-da Xocavənd rayonunun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Azullu kəndli Ermənistan qüvvələri tərəfindən işğal edildi.
1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək dinc sakinlərə qarşı soyqırım aktı həyata keçirdilər. 800-dən çox əhalisi olan kəndin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı haldan olan kənd sakinlərini təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar.
Qeyd edək ki, ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-i böyük çətinliklə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldığı sağalmaz yaralardan vəfat edib.