Xruşşovun oğlu alnından güllə ilə vurulmuş halda tapıldı

SSRI Nazirlər Sovetinin sədri olmuş Nikita Xruşşovun oğlu Sergey Xruşşov ABŞ-da yaşadığı evində ölü halda tapılıb.
Başından güllə ilə vurularaq öldüyü halda həyat yoldaşı tərəfindən tapılıb. Polis cinayət və ya intihar olduğunu araşdırma aparacaqlarını bildirib.
Bildirək ki, Sergey Xruşşov ABŞ vətəndaşı idi və elm adamı kimi tanınırdı.
Cənazə mərasimi oktyabrda Moskvada həyata keçiriləcək.
Mənbə: TASS