Yanacaqdoldurma məntəqəsində yanğın

Ağcabədi rayonunda yanğın olub.
Yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 60 kvadrat metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə yanıb. Tikilinin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.