Ç. İyn 25th, 2025

Yaponiyadan gözlənilməz addım

Yaponiyada korona virusla bağlı ölkədə elan edilmiş  fövqəladə vəziyyət ləğv olundu.

16 min nəfərdən çox insanın virusa yoluxduğu qeydə alınan  Yaponiyada iqtisadiyyatı qaldırmaq üçün turizmə xüsusi kapital ayırıldı.

Beləki, Yaponiya Turizm Agentliyi 18 milyard dollarlıq büdcə ayıraraq xüsusi plan hazırlayıb. Ölkəyə gəlmiş hər xarici turistin xərclərinin yarısı  bu büdcə ilə qarşılanacaq.

Planın təfərrüatları açıqlamasa da, İyul ayından etibarən başlanılması gözlənilir.

Yaponiyanın baş naziri Şinzo Abe virusun hələ bitmədiyini, lakin Yaponiyanın bunun öhdəsindən gələ biləcəyini bildirdi.

Yaponiyada virusla bağlı 16433 yoluxma, 784 ölüm hadisəsi baş vermişdir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com