Yaponlardan diqqət cəlb edən növbəti ixtira

Yaponiyanın “Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.
Mediamax.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “C-Face” adlanan bu maska həm sahibi virusdan qoruyur, həm də onun dediklərini 9 dilə, yəni – Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir.
“Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb və qiyməti təqribən 40 dollardır.
Qeyd edək ki, “Donut Robotiks” şirkəti bir neçə ildir ki, “Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.
Mənbə: Qafqazinfo