Ça. İyn 24th, 2025

Yaqut Qarayevadan karantin rejiminin yumşaldılması haqqında açıqlama

Bu haqqda “Mediamax” xəbər verir ki, Yaqut Qarayeva brifinqində çıxışı zamanı deyib:
“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Məqsədimiz odur ki, sanitar epidemioloji vəziyyətə nəzarət edək. Amma bugünkü gündə hər hansı bir ciddi sərtləşdirilmə olacaq və ya olmayacaq deyə hər hansı bir dəyişiklik yoxdur. Əgər olarsa ictimaiyyətə bildiriləcək. Amma bu gün az-az da olsa artmaya meyillilik görürük. Ona görə də bəzi qərarların qəbul edilməsi müzakirə olunacaq. Əgər xatırlayırsızsa may ayında bizə bu suallar verildi ki: “Əgər artım olursa niyə açırsız bəzi yerləri?” Bu suallara qarşılaşmamaq üçün biz buna çox ehtiyatla və diqqətlə yanaşmalıyıq. Müzakirələr gedir, amma artma gedir bunu siz özünüzdə görürsünüz”.

Elnur Azadxanov əlavə edib: “Hər kəs yumşaltma istəyir. Biz birlikdə qalib gələ bilərik, hamılıqla çalışmalıyıq. Birini görürüksə maska taxmayıbsa, biz ona anlatmalıyıq. Hal hazırda dünya karantin qaydalarına əməl edir. Bizdə bu qaydalara əməl etsək biz qalib gələ bilərik”.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com