Bz. Avq 10th, 2025

Yardımlıda 104 ailə müvəqqəti qazsız qalıb

Avqustun 13-də axşam saatlarında Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli qaz xətti zədələnib. 

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qəza nəticəsində NİVA markalı maşın, təqribən, 35 m uzunluğunda qaz borusunu sürüyərək yararsız hala salıb. 

Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com