Yeni Təhsil nazirindən sərt çıxış

“Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur.”
“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir. Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub:
“Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.
Mənbə: xəbər24