Yeni ticarət mərkəzləri fəaliyyətə başlayıb

Böyük Britaniyada ticarət mərkəzləri açıldı
Bu gündən etibarən Böyük Britaniyada ticarət mərkəzləri fəaliyyətə başlayıb.
Belə ki, ticarət mərkəzlərinə üz tutan müştərilərdən sosial məsafəyə əməl etmək və tibbi maska taxmaq tələb olunur.
Bundan başqa, bu gündən etibarən ictimai nəqliyyatdan istifadə edənlər də maska taxmalıdır. Bu tələbə əməl etməyənlər isə cərimələnir.
Qeyd edək ki, bu tədbirlər ölkədə karantin qaydalarının yumşaldılması çərçivəsində həyata keçirilir.
Mənbə: Qafqazinfo