Ç. İyn 25th, 2025

Yol nəqliyyat hadisəsi zamanı hər iki ayağı sınan şəxs Bakıya gətirilib

İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediamax.az-ın Report-a istinadən verdiyi məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Əzimov Mahir Nəsrəddin oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona hər iki bud sümüklərinin qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com