Yol xətlənməsi işlərinə 5,5 mln. manat xərclənəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işlərinin yerinə yetirilməsinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
Tender komissiyasının qərarına əsasən, BNA-nın elan etdiyi tenderin qalibi “Yol xətt” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 5,55 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.
Mənbə: Elektron satınalma