Turistlərdə koronavirus aşkarlandı

Ötən gün ərzində Yunanıstanda COVID-19-a 57 yeni yoluxma aşkar edilib.
Məlumata görə, bu barədə ölkənin İctimai Səhiyyə Milli Təşkilatı bildirib.
Qeyd edilir ki, həmin şəxslərdən onu ölkəyə gələn turistlərdir.
Bununla da pandemiyanın başlanğıcından Yunanıstanda virusa yoluxanların ümumi sayı 4 336 nəfərə qədər artıb.
Son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb. Yunanıstanda COVID-19-dan ümumilikdə 203 insan ölüb.
Hazırda xəstəxanaların intensiv terapiya bölmələrində səkkiz pasiyent müalicə edilir.
Mənbə: Report