Ç. İyn 25th, 2025

Yüzlərlə yaşlı insan koronavirusdan evlərində təkbaşına vəfat edib

Böyük Britaniyada koronavirus pandemiyası nəticəsində yüzlərlə yaşlı insan evlərində təkbaşına ölürlər.

Ölkədə son üç ayda 700 yaşlının evində təkbaşına öldüyü bildirilir. Qonşuları və ya yaxınları onlardan xəbər tuta bilmədikdən və bu barədə polisə məlumat verdikdən sonra onların çürümüş cəsədi aşkara çıxarılıb.

Statistikaya görə, Böyük Britaniyada 65 yaşdan yuxarı 12 milyona yaxın insan var. 2030-cu ilə qədər ölkədə hər beş insanın birinin 65 yaşdan yuxarı şəxs olacağı qeyd edilir. Britaniya koronavirusdan ölüm sayına görə, Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikincidir.

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com