Ç. İyn 25th, 2025

Zaqatalada bədbəxt hadisə

Zaqatalada asfalt zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub. 

Mediamax.az saytının verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib. 

Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıq nəticəsində sağ qolundan ağır xəsarət alıb.

E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub. 

Hal-hazırda faktla bağlı araşdırma aparılır. 

Mənbə: Oxu Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com