Ç. İyn 25th, 2025

Zibillikdən qumbara və sursat tapılıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti – Zəng mərkəzi sistemindən Agentliyə avqustun ikisində, saat 11:04-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində məişət tullantıları sahəsində patronların aşkar olunması barədə məlumat daxil olub.

“MediaMax.az”-ın “Oxu.az”-a istinadən verdiyi məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com