Ç. İyn 25th, 2025

Əfqanıstanda çöküntü oldu azı 30 nəfər öldü

Əfqanıstanın şimalındakı Səməngan əyalətində yerləşən daş kömür şaxtasının çökməsi nəticəsində azı 30 nəfər ölüb.

TASS-a istinadən xəbər veririlir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı yerli sakinlərin ifadələrinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, azı 12 işçi də yaralanıb. Şaxtanın çökməsinə partlayışın səbəb ola biləcəyi vurğulanıb.

Əyalət polisinin nümayəndəsi isə hələlik rəsmilərdə ölən və yaralananlarla bağlı dəqiq məlumat olmadığını söyləyib.

Mənbə: Report.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com