Ç. İyn 25th, 2025

Əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib. Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb. Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin…

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com