Əsgərlərlə dolu avtobus qəza edib

Türkiyənin Mərsin vilayətinin Mut rayonunda avtobusun aşması nəticəsində 5 əsgər şəhid olub.
Eyni zamanda qəzada sürücü də vəfat edib.
İlkin məlumata görə qəzaya avtobusun əyləc sisteminin işləməməsi səbəb olub. Hadisə nəticəsində 10 əsgər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Mənbə: Qafqazinfo