Ç. İyn 25th, 2025

Lənkəranda şəhid Orxan Dadaşlı haqqında sənədli film izlənilib

Mediamax xəbər verir ki, gənc könüllülər GİKM-in Lənkəran-Astara nümayəndəliyində şəhid Orxan Dadaşlının həyat və döyüş yolundan bəhs edən sənədli filmi izləyiblər. Vətənimizin igid əsgəri Orxan Dadaşlı 7 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. “Mediamax” media şirkətinin hazırladığı sənədli filmdə şəhidimizin şəxsi keyfiyyətləri, şücaəti, döyüş yoldaşları və yaxınlarının xatirələri ekran işinin əsas sujet xəttini təşkil edir.

Qeyd edək ki, sözügedən film “Mediamax”ın “Qəhrəmanlarımızı tanıyaq” silsiləsindəndir. Bu sənədli film silsiləsində 14 şəhid və 4 qazi haqqında materiallar yer alır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com