Be. May 20th, 2024

Aqroturizmin təşviqi ilə bağlı təcrübə mübadiləsi həyata keçirilib

Mediamax xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində aqroturizmin təşviqi ilə bağlı tədbirlərin təşkili” layihəsi baş tutub. Layihə çərçivəsində turizm sahəsində çalışan, eyni zamanda uyğun sahələrdə təhsil alan Lənkəran, Astara, Masallı rayonlarını təmsil edən 20 gənc iştirak edib. Lənkəran rayonunda həyata keçirilən təcrübə mübadiləsi turu çərçivəsində iştirakçılar Lənkəranda yerləşən “Citrus Valley” aqroturizm təsərrüfatına, Xanbulan gölünə, Haftoni qəsəbəsindəki çay plantasiyasına səfər edərək əvəzolunmaz təcrübə qazanıblar.

Tədbir zamanı “Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti, layihə rəhbəri Vamiq Babayev, Birliyin sədr müavini Samir Salayev layihə və aqroturizm fəaliyyətinin təşkili barədə məlumat verib, “Citrus Valley” aqroturizm təsərrüfatının sahibi Rəftarə Şükürova isə bu sahədəki təcrübəsini iştirakçılarla bölüşüb.

Əyləncəli oyunlar və praktiki biliklər nəticəsində həm əylənən, həm də öyrənən gənclərə sonda sertifikatlar təqdim olunub.

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com