Be. May 20th, 2024

Lənkəran şəhəri “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı” seçilib.

Mediamax xəbər verir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 7-ci iclası keçirilib. Toplantıda Türk Dövlətləri Təşkilatının təşəbbüsləri, təklifləri nəzərdən keçirilib, qarşıdakı fəaliyyət proqramı açıqlanıb. Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifi razılaşdırılıb.

İclasın açılışında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.

Paytaxt ili” çərçivəsində Türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə Gənclər Platforması, Gənc Liderlər Forumu və Gənc Sahibkarların Forumu kimi tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək, bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın daha bir şəhəri – Şuşa isə İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com