Be. May 20th, 2024

Lənkəranda “Bilik festival”ı keçirilib

Mediamax xəbər verir ki, “Bilik” festivalı GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, “Secret” Kitab Evinin təşkilaçılığı, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Kapital Bankın Lənkəran filialının tərəfdaşlığı ilə baş tutub. Festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Festivalda müxtəlif növ oyunlar, inşa və rəsm müsabiqələri, şahmat yarışları, kitab sərgisi, yazıçılarla görüş və ilk dəfə olaraq şagird təlimləri həyata keçirilib.

Festival 1, 2 və 3 dekabr tarixlərini əhatə edib.

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com