Be. May 20th, 2024

Azərbaycanlı idmançı qələbəsini şəhid və qazilərimizə həsr edib

Camal Feyziyev: “Çempionluğumu şəhid və qazilərə həsr edirəm”.

“Bu gün 8 noyabr – Zəfər günüdür. Mən də qələbəmi, bu çempionluğumu vətən uğrunda canından keçmiş şəhid və qazilərə həsr edirəm”.

Mediamax.az İdman.bizin xəbər saytına istinadən xəbər veririk ki, ll Türk Dövlətləri Universiadasında qızıl medal qazanan Azərbaycan cüdoçusu Camal Feyziyev deyib.

+100 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bütün görüşlərini vaxtından əvvəl xeyrinə bitirib. O bildirib ki, keçirdiyi 3 döyüşdən ən çətini Özbəkistan təmsilçisinə qarşı olub: “O, dünya çempionatının bürünc mükafatçısı idi. İkinci döyüş qırğızıstanlı, üçüncü qarşılaşmam isə Qazaxıstan cüdoçusuna qarşı oldu. Hər 3 döyüşdə ipponla qələbə qazandım. Hədəfim Olimpiya Oyunlarında iştirak etmək və qızıl medal qazanmaqdır”.

Uğurlar arzu edirik!

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com