İdmançımız sumoda Avropa çempionu oldu – EKSKLÜZİV

Camal Feyziyev sumoda Avropa çempionu oldu.
MEDIAMAX xəbər verir ki, Polşada sumo güləşi üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. Çempionantda 115+ kq çəki dərəcəsində mübarizə aparanlar arasında həmyerlimiz Camal Feyziyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə çıxıb. Avropa çempionu adını qazanan idmançımız Almaniya ?? (⅛), Polşa ?? (¼), Estoniya ?? (yarımfinal) və Gürcüstan ?? (final) təmsilçilərindən üstün olub.
Camal Feyziyev bu yarışa qədər güləşin müxtəlif növləri üzrə 6 dəfə Avropa, 2 dəfə də Dünya çempionu olub.
Qeyd edək ki, “Mediamax” komandası idmançımız haqqında bir veriliş hazırlayıb, yaxın günlərdə yeni proyekti paylaşacağıq.