Be. May 20th, 2024

Lənkəranda yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb.

“Mediamax” xəbər verir ki, 2021-2022-ci tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib. Lənkəran Mədəniyyət Mərkəzində baş tutan mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun iştirak edib:

  • 600 baldan yüksək nəticə göstərən 68 məzun
  • Respublika Fənn Olimpiadalarında qalib olmuş 24 şagird
  • Orta məktəbi qızıl nişanla bitirən 2 şagird 
  • Orta məktəbi gümüş nişanla bitirən 5 şagird 
  • Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 şagird.

Yüksək və uğurlu nəticələr göstərən məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim edilib. Sonra isə tədbirin bədii hissəsi başlayıb və müxtəlif təhsil ocaqlarının şagirdləri ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. 

Qeyd edək ki, tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib. 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com