Ca. May 9th, 2024

İdmançımız sumoda Avropa çempionu oldu – EKSKLÜZİV

Camal Feyziyev sumoda Avropa çempionu oldu.

MEDIAMAX xəbər verir ki, Polşada sumo güləşi üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. Çempionantda 115+ kq çəki dərəcəsində mübarizə aparanlar arasında həmyerlimiz Camal Feyziyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə çıxıb. Avropa çempionu adını qazanan idmançımız Almaniya 🇩🇪 (⅛), Polşa 🇵🇱 (¼), Estoniya 🇪🇪 (yarımfinal) və Gürcüstan 🇬🇪 (final) təmsilçilərindən üstün olub.

Camal Feyziyev bu yarışa qədər güləşin müxtəlif növləri üzrə 6 dəfə Avropa, 2 dəfə də Dünya çempionu olub.

Qeyd edək ki, “Mediamax” komandası idmançımız haqqında bir veriliş hazırlayıb, yaxın günlərdə yeni proyekti paylaşacağıq.

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com