Ca. May 9th, 2024

Camal Feyziyev beynəlxalq arenada medallarını artırmağa davam edir.

MEDIAMAX xəbər verir ki, Polşada sumo güləşi üzrə Avropa çempionatı keçirilib. Bu yaxınlarda 23 yaşadək idmançılar arasında 115+ kq çəki dərəcəsində Avropa çempionu adının qazanan Camal Feyziyev həmin yarışda daha 2 medal qazanıb. 

Çempionumuz 23 yaşadək mütləq çəki dərəcəsində gümüş medalın, eyni zamanda böyüklər arasında mütləq çəki dərəcəsində bürünc medalın sahibi olub. 

Bununla da Camal Feyziyev Polşada keçirilən Avropa çempionatını 1 qızıl, 1, gümüş və 1 bürünc medalla tamamlayıb. 

Qeyd edək ki, Camal 7 sentyabr səhər saatlarında Vətənə geri dönəcək, elə həmin gün axşam saatlarında Özbəkistanda keçiriləcək Dünya çempionatına yola düşəcək.

“CAMAL FEYZİYEV VII DƏFƏ AVROPA ÇEMPİONU OLDU” Eksklüziv xəbər: 👇

https://mediamax.az/idmancimiz-sumoda-avropa-cempionu-oldu-ekskluziv/

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com